Çempionluğa iddialı əyalət klubundan dördüncü transfer

18 İyun 08:50 I Divizion 1 876
Çempionluğa iddialı əyalət klubundan dördüncü transfer

Transfer çalışmalarını davam etdirən "Şahdağ Qusar" daha bir futbolçunun keçidini rəsmiləşdirib.

Sportinfo.az xəbər verir ki, son mövsümü "Səbail"in heyətində keçirən Fəxri Məmmədli ilə müqavilə imzalanıb.

21 yaşadək futbolçulardan ibarət millinin də üzvü olan müdafiəçinin müqaviləsinin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.

I Liqada çempionluq uğrunda mübarizə aparacaq "Şahdağ Qusar" bu transferə qədər Elməddin Sultanov, Urfan İsmayılov və Rafil Qafarovun da keçidini açıqlamışdı.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"