Qarabağ təmsil edən klubun pulu qurtarıb? - AÇIQLAMA

07:30 I Divizion 175
Qarabağ təmsil edən klubun pulu qurtarıb? - AÇIQLAMA

“Son günlər bəzi kütləvi informasiya vasitələrində “Xankəndi”də maliyyə problemlərinin yarandığı ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir”.

Sportinfo.az xəbər verir ki, bu barədə “Xankəndi”nin mətbuat xidməti.açıqlama yayıb.

“Xankəndi” FK-dən əməkdaşımıza bildirilib ki, klub təsdiq olunmuş fəaliyyət planına uyğun şəkildə Birinci Liqada debüt mövsümünə hazırlaşır və bununla bağlı bütün zəruri işlər plan üzrə davam etdirilir.

“Hazırda transfer prosesi davam edir. Eyni zamanda, Futbol Akademiyamızın aşağı yaş qrupları üçün seleksiya xarakterli seçimlər keçirilir.

Yaxın günlərdə komandamızın təlim-məşq toplanışı da start götürəcək.

Bununla yanaşı, ev oyunlarımızın Xankəndi şəhər stadionunda keçirilməsi istiqamətində müvafiq dövlət qurumları ilə əməkdaşlıq və danışıqlar davam etdirilir.

Klubda görülən bütün işlər və qəbul olunan qərarlar barədə ictimaiyyət mütəmadi olaraq rəsmi sosial media hesablarımız vasitəsilə məlumatlandırılır.

Qarşıdakı dövrdə də bütün yeniliklər operativ şəkildə ictimaiyyətin diqqətinə çatdırılacaq” -“Xankəndi” FK-nin cavabında vurğulanıb.

Məlumat üçün əlavə edək ki, artıq bir neçə gündür ölkə mətbuatı “Xankəndi”nin maliyyə problemi ilə üzləşdiyini iddia edilirdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti