I Liqada 2026/2027-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” heyətinə daha bir oyunçunu cəlb edib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Son olaraq Premyer Liqada “Karvan Yevlax”da çıxış etmiş Eltun Turabovla 1+1 illik müqavilə imzalanıb.
29 yaşlı müdafiəçi ötən mövsüm Premyer Liqada 29 qarşılaşmada meydana çıxıb və 1 qola imza atıb.

