“Biz nə qədər ki buradayıq, sən də buradasan” - Vəzifəsində saxladılar

26 İyun 17:40 I Divizion 1 735
“Biz nə qədər ki buradayıq, sən də buradasan” - Vəzifəsində saxladılar

MOİK rəhbərliyi baş məşqçi postunda gözü olanları məyus edib.

İlham Yədullayev komandanın sükanı arxasında saxlanılıb.

Ötən ilin yayından bəri burada işləyən mütəxəssislə müqavilənin müddəti 1 il uzadılıb.

Ordu klubu I Liqada geridə qalan mövsümü qeyri-sabit keçirib. Kifayət qədər geniş heyəti və büdcəsi olan «hərbiçilər» turnir cədvəlində altıncı pilləni tutub.

33 xal toplayan Yədullayevin gedişi bir neçə dəfə gündəmə gəlsə də, rəsmilər bu ayrılığa imkan verməyib.

«Biz nə qədər ki buradayıq, sən də buradasan» - ona bu cür qahmar çıxıblar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"