“Şahdağ-Qusar” növbəti mövümdə çempionluq uğrunda mübarizə aparacaq.
Kluba ayrılan maliyyə vəsaiti və baş verən dəyişikliklər buna hesablanıb.
Azərbaycan millisinin sabiq üzvü, Qusar futbolunun məşhurlarından hesab olunan Rahid Əmirquliyev burada qalmağı məqsədəuyğun hesab etməyib.
Əmirquliyev bundan sonra “Səbail”də fəaliyyət göstərəcək.
Bu da səbəbsiz deyil.
“Şahdağ-Qusar”da birgə çalışdığı Elnur Abdullayev “dənizçilər”in baş məşqçisi təyin olunubsa, bölgə təmsilçisinin keçmiş rəsmisi Mirzə Bayrampur paytaxt klubuna prezident seçilib.
Belə olduğu halda Rahid daha öncə çiyin-çiyinə çalışdığı adamlarla birlikdə olmaq qərarını verib.
“Xəzər Lənkəran” azarkeşlərinin sevimlisinin İdarə Heyətində təmsil olunacağı dəqiqdir. Bununla yanaşı, mühüm vəzifələrdən biri ona tapşırılacaq.
Futbolçu karyerasını davam etdirib-etdirməyəcəyi isə hələ ki, bilinmir.
HƏBİB / SPORTİNFO.AZ

