“Qarabağ”ın çempion yetirməsi I Liqa təmsilçisi ilə anlaşdı

16:40 I Divizion 340
“Qarabağ”ın çempion yetirməsi I Liqa təmsilçisi ilə anlaşdı

“Şəfa” ilə I Liqada çempionluq sevinci yaşayan futbolçulardan 14-ü komandadan ayrılıb.

Paytaxt təmsilçisini Premyer Liqaya daşıyan səbəbkarların demək olar hamısı karyerasını I Liqada davam etdirəcək.

“Şəfa” ilə sözləşməsinin müddəti başa çatan Ruslan Hacıyevin də yeni iş yeri məlumdur.

28 yaşlı solaxay MOİK-lə anlaşıb.

O, ordu klubu ilə növbəti mövsümün sonuna qədər razılıq əldə edib.

“Qarabağ”ın yetirməsi kimi tanınan Hacıyev karyerası ərzində “Şəbail”, “İrəvan”, “İmişli”, “Şahdağ” və “Şəfa”nın uğurları üçün tər töküb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti