"Mingəçevir"lə yolumuza davam edirik".
Sportinfo.az xəbər verir ki, bu sözləri prosport.Az-a "Mingəçevir"in rəhbəri Rafael Bunyatov deyib.
"Mingəçevir"in Premyer Liqaya çıxa bilməməsindən sonra klubun dağılacağı, R.Bunyatovun klubdan əlini tam çəkəcəyi gözlənilirdi.
Lakin Bunyatov bu məsələni təkzib edib:
"Bəzi problemlər var ki, onları aradan qaldırmağa çalışırıq. Bundan sonra klubla bağlı yeni mövsüm işlərini görməyə başlayacağıq.
Baş məşqçi Ramiz Məmmədovdan yeni mövsüm üçün təklifləri gözləyirəm. Ona uyğun planımızı quracağıq".
Həmçinin, "Mingəçevir"də işləyən Azərbaycan Voleybol Federasiyasının icraçı direktoru Vüqar Hüseynzadə klubdan ayrılıb.
R.Bunyatov bu barədə də danışıb: "Vüqarın klubda aqibətinin necə olduğunu bilmirəm".
"Mingəçevir" I Liqada ötən mövsümü ikinci sırada başa vurub.
Komanda pley-offun Sumqayıtda keçirilən matçında "Qəbələ"yə 0:2 hesabıyla uduzaraq, Premyer Liqaya çıxmaq şansını əldən verib.

