Millinin məşqçisinin oğlu ilə komandanı gücləndirdilər

02:20 I Divizion 102
Millinin məşqçisinin oğlu ilə komandanı gücləndirdilər

“Şahdağ Qusar” 2026/27 mövsümü üçün heyətini formalaşdırmağa davam edir.

Sportinfo.az xəbər verir ki, I Liqa təmsilçisi Gülağa Əsədovu heyətinə cəlb edib.

Bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik sözləşmə imzalanıb.

Gülağa Əsədovun son klubu “Ordu” olub. O, millinin sabiq məşqçisi Arif Əsədovun oğludur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 İyun 18:10 Çək və bizə göndər!