Yeni baş məşqçi çempion olmaq üçün onu yanına gətirdi

17 İyun 23:00 I Divizion 1 582
Yeni baş məşqçi çempion olmaq üçün onu yanına gətirdi

Növbəti mövsümdə I Liqada adından söz etdirməyi düşünən “Şahdağ Qusar” qaza bərk basıb.

“Sükan” arxasınai Füzuli Məmmədovu gətirən şimal təmsilçisi baş məşqçinin istədiyi heyəti yığmağa çalışır.

Məmmədovun göz qoyduğu oyunçulardan biri Urfan İsmayılovdur.

Keçən il “Qəbələ”, bu il isə “Şəfa” ilə Premyer Liqaya yüksəlməyin sevincini yaşayan təcrübəli yarımmüdafiəçinin ayağı düşərli sayılır.

I Liqa üçün bacarıqlı futbolçulardan sayılan İsmayılovun özü də “Şahdağ Qusar”da oynamağa qarşı deyil. Tərəflər bu məsələ ilə görüşüb, danışıb, hətta razılıq əldə ediblər.

Urfanın karyerasını Qusar təmsilçisində davam etdirəcəyi böyük ölçüdə dəqiqləşib.

Ona liqanın başqa klublarından təkliflər olsa da, daha sərfəli şərtlər irəli sürən “Şahdağ Qusar”ı seçib.

“Şəfa”dan ayrılan daha bir-iki futbolçunun da şimala üz tutacağı gözlənilir.

HƏBİB / SPORTİiFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"