Bu həftə «Səbail»in həyatında yeni mərhələ başlayacaq.
Bu barədə klubdan saytımıza bildirib.
Redaksiyamıza verilən məlumata görə, qarşıdakı günlərdə təhvil-təslim olacaq. Artıq tərəflər arasında bütün məsələlərdə razılıq əldə edilib.
Hazırda klubun yeganə təsisçisi Firuz Abdulladır.
«Kəpəz»in İdarə Heyətinin səbiq sədri İlqar Nadiri təqribən 1 il çəkən ayrılıqdan sonra futbol sferasına dönüb.
Altı ildən artıq müddətdə Gəncə klubuna rəhbərlik etmiş təcrübəli funksioner bundan sonra «Səbail»in İdarə Heyətində yer alacaq.
Belə deyək, maddi cəhətdən problemlər yaşayan «dənizçilər»in dadına İlqar Nadiri yetişib. Yeni sponsorun tapılmasında vasitəçi və təşəbbüskar odur.
Əgər adıçəkilən funksioner olmasaydı, Bayıl təmsilçisi borc içində batar və bəlkə də fəaliyyətini dayandırardı.
Vaxtında «Səbail»in dadına yetişən Nadiri yaxın dostunu himayədar olmağa razı salıb.
SPORTİNFO.AZ

