Millimizin sabiq üzvü seçim qarşısında - Prezident olacaq, yoxsa...

14 İyun 21:15 I Divizion 928
Millimizin sabiq üzvü seçim qarşısında - Prezident olacaq, yoxsa...

Elnur Abdullayev sürpriz şəkildə "Şahdağ Qusar"ın baş məşqçi postundan ayrıldı.

Bəs onu kluba gətirən kapitan Rahid Əmirquliyevin aqibəti necə olacaq?

Əldə etdiyimiz məlumata görə, təcrübəli yarımmüdafiəçinin klubda qalıb-qalmaması özündən asılıdır.

Yeni rəhbərlik Əmirquliyevin qalmasında maraqlıdır.

Millimizin sabiq üzvünə bu barədə məlumat verilib.

Hətta seçim etməkdə də sərbəstdir.

İstəsə prezident kimi, istəsə oyunçu kimi ona doğma olan klubla yola davam edə bilər.

36 yaşlı oyunçu düşünməsi üçün zaman istəyib.

O, yaxın günlərdə yekun qərarını rəsmilərə bildirəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"