“Qaradağ” son saniyədə “kəfəni yırtdı”, “Şəmkir”i “karvansaray” etdilər

28 Aprel 22:40 I Divizion 152
“Qaradağ” son saniyədə “kəfəni yırtdı”, “Şəmkir”i “karvansaray” etdilər

Bu gün II Liqada 24-cü tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib.

Turun mərkəzi oyunu Şamaxıda baş tutub. Burada lider "Xankəndi" ikinci yerdəki "Qaradağ Lökbatan"la qarşılaşıb.

Komandalar hərəyə 1 qol vurmaqla heç-heçəyə razılaşıb və olduğu mövqedə qalıb.

Digər görüşdə "Şəmkir" özündə "Quba"nı qəbul edib. Qonaqlar 5:2 hesablı qələbə qazanıb və üçüncü pillədə möhkəmlənib.

"Xankəndi” – “Qaradağ Lökbatan” 1:1

Qollar: E.Nəsibov, 45+5 // F.Abbaslı, 90+ 7

Qırmızı vərəqə: E.Nəsibov, 90+5, B.Teymurov, 90+8 (hər ikisi "Xankəndi")

Şamaxı OİK stadionu

“Şəmkir” – “Quba” 2:5

Qollar: R.Abdullayev, 57, C.Cəlalzadə, 65 // V.Cəfərov, 18, 71-pen; R.Məhərrəmov, 41, K.Mirzəyev, 45+3, B.Köçərli, 73
Şəmkir OİK Stadionu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 18:10 Çək və bizə göndər!