“Baş məşqçinin arxasındayıq, pley-off mərhələsinə vəsiqə qazanacağıq”

20:20 I Divizion 259
“Baş məşqçinin arxasındayıq, pley-off mərhələsinə vəsiqə qazanacağıq”

«Rəhbərliyimizin baş məşqçiyə çox böyük inamı var».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Baku Sportinq»in mətbuat katibi Araz Əhmədov deyib.

I Liqada yarışan Buzovna təmsilçisinin press-ateşesi baş məşqçi Röyal Nəcəfovun fəaliyyətindən razı olduqlarını, komandanın ikinci yeri tutaraq, Premyer Liqaya vəsiqə uğrunda pley-off oyununa çıxacağına inandıqlarını bildirb:

«Daim baş məşqçinin arxasındayıq. Builki nəticələrimiz çox gözəldir. Əminik ki, ikinci yeri tutub, pley-off mərhələsinə vəsiqə qazanacağıq.

Buna 1 qram da belə şəkk-şübhəmiz yoxdur. İstər Röyal Nəcəfovla, istərsə də, yerlə bağlı olsun.

O, Birinci Liqada debüt mövsümünü keçirsə də, ən yaxşı nəticəni göstərməkdədir. Digər məşqçilərin hamısı hansısa klubda, millidə çalışıb.

Nəcəfov isə bu sahədə ilk addımlarını atmaqdadır. Ondan narazı olmaq, nəsə demək qətiyyən mümkün deyil.

Çempionatın başa çatmasına dörd tur qalıb hələ. İkinci yerin bizim olacağına inanırıq».

Qəsəbə təmsilçisi 23 tura 41 xal toplayıb və turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. «Baku Sportinq»i lider «Şəfa»dan 11 xal, ikinci yerdəki «Səbail»dən 2 xal ayırır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti