“Neftçi”ni çalışdırmış baş məşqçiyə nazirlik klubundan TƏKLİF GƏLDİ

14:40 I Divizion 352
“Neftçi”ni çalışdırmış baş məşqçiyə nazirlik klubundan TƏKLİF GƏLDİ

I Liqada bərbad mövsüm keçirən MOİK yayda baş məşqçisini dəyişəcək.

Ordu klubu ötən ilin yayında görəvə gətirdiyi İlham Yədullayevlə yeni müqavilə imzalamayacaq.

«Hərbiçilər»in mövqeyi artıq çalışdırıcının özünə məlumdur - o, etmadı doğrultmadığı üçün mayın sonunda düşərgəni tərk edəcək.

MOİK-in sükan arxasına kimi gətirmək istədiyi də indidən bəllidir. Növbəti sezonda Premyer Liqaya vəsiqə qazanmağı hədəfləyən Müdafiə Nazirliyinin təmsilçisi Samir Əliyevə təklif göndərib.

Vaxtilə elitada «Səbail» və «Neftçi»ni çalışdırmış mütəxəssis hazırda işsizdir. O, sonuncu dəfə gənclər yığmasının baş məşqçisi olub.

MOİK 23 tura 29 xal toplayıb və turnir cədvəlinin 6-cı pilləsində yerləşib. Bu isə klubun iddiasıyla uzlaşmır.

Çünki «hərbiçilər» I Liqanın ən imkanlı və təminatlı iştirakçılarından biridir. Heyət kifayət qədər güclüdür: çempionatın səviyyəsini nəzərə alsaq, onlara böyük miqdarda əməkhaqqılar ödənilir.

Di gəl, nizam-intizam aşağıdır, futbolçular baş məşqçini əbul etmir.

Yədullayev bir neçə dəfə istefa ərizəsi yazmmaq istəyib, idarəçilər vaxtından əvvəl getməsinə mane olub. İndi isə belə demək mümkünsə, bıçaq sümüyə dirənib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti