"Mübariz komandaya çevrilmişikr" - Geri qayıdan müdafiəçi

16:30 I Divizion 120
"Mübariz komandaya çevrilmişikr" - Geri qayıdan müdafiəçi

Birinci Liqanın 23-cü turunun sürpriz nəticəsinə "Cəbrayıl" imza atdı.

Qarabağ təmsilçisi qarşısına Premyer Liqaya çıxmaq hədəfi qoyan "Mingəçevir"i məğlub etməyi bacardı - 2:1.

Ümumiyyətlə, "Cəbrayıl" qış fasiləsindən sonra çox uğurlu çıxış edir. Bunda ilin əvvəli komandaya qoşulan yeni simaların rolu az deyil.

Onlardan biri də Mirəli Əhmədovdur. Bir müddət özündən asılı olmayan səbəblərdən futboldan uzaq qalan müdafiəçi Sportinfo.az-a açıqlamasında qələbənin sirrini bölüşüb:

"Mingəçevir" Premyer Liqaya iddialı kollektivdir. Həqiqətən, oyun çox çətin keçdi.

Meydanda yaxşı mübarizə getdi. Biz çalışırıq məşqçilərin verdiyi tapşırıqları maksimum yerinə yetirək. Bunun nəticəsində bizə çox vacib olan qələbəni qazandıq".

Gənclər millimizin sabiq üzvü hazırda düşərgədə hər şeyin qaydasında olduğunu bildirib:

"Hazırda işlərimiz yaxşı gedir. Komandada özünə inam formalaşıb, mübariz komandaya çevrilmişik və son oyunlardakı nəticələrimiz də bunu göstərir".

"Neftçi"nin yetirməsi sonda öz performansı barədə də fikirlər səsləndirib:

"Əsgərliyə görə karyeramda müəyyən fasilə oldu. Təbii ki, ilk vaxtlar hansısa çətinliklər oldu.

Toparlanmaq, idman formasını qaldırmaq elə də asan deyildi. Bunun belə olacağğını bilirdim.

Amma oyundan oyuna və məşqçilərin inamı ilə proses gözlədiyimdən daha rahat keçdi. Bundan sonra daha yaxşı olacağıma inanıram".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti