Bu gün I Liqada 23-cü tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə 2 matç keçirilib.
"Şimal" Şamaxıda "Bakı Sportinq"lə, "Difai" isə Buzovnada "Səbail"lə qarşılaşıb.
Xaçmaz təmsilçisi sürprizə imza ataraq, Premyer Liqaya iddia edən "Bakı Sportinq"ə qalib gəlib və turnir cədvəlinin son pilləsini tərk edib.
Çünki ondan üst sıradakı "Difai" Bayıl komandası tərəfindən darmadağına məruz qalıb.
“Şimal” – “Bakı Sportinq” 1:0
Qol: A.Qla, 12
Şamaxı OİK stadionu
“Difai” – “Səbail” 0:4
Qollar: K.Quliyev, 22, 47, Q.Səfərov, 51, 59
Buzovna qəsəbə stadionu


