Premyer Liqanın “qulağının dibindəki” klubun baş məşqçi postuna BEŞ NAMİZƏD

14:40 I Divizion 420
Premyer Liqanın “qulağının dibindəki” klubun baş məşqçi postuna BEŞ NAMİZƏD

Hazırda I Liqada turnir cədvəlinə başçılıq edən «Şəfa»nı növbəti mövsümdə kimin çalışdıracağı hələ məlum deyil.

Saytımız bu konteksdə klubdan yeni məlumat əldə eləyib.

Redaksiyamıza daxil olan informasiyaya görə, sponsor Elgiz Kərəmli ilə Premyer Liqaya getməyə tərəddüdlə yanaşır.

Gələn sezon elitada mübarizə aparacağı şübhə doğurmayan paytaxt təmsilçisinin himayədarları bu qənaətə gəlib ki, gənc mütəxəssisin təcrübəsi orada yaxşı nəticələr qazanmağa yetərli deyil.

Üstəlik, komandanın bu il keçirdiyi oyunlarda qeyri-sabit təsir bağışlaması narahatlığı artırıb.

Elgiz Kərəmlini əvəzləməyə 5 namizəd var. Hamısı da yerli. Namizədlərlə bağlı hesabatın hazırlanması Əfran İsmayılovun öhdəsinə buraxılıb.

Qeyri-rəsmi şəkildə müşavir vəzifəsini yerinə yetirən funksioner indiyədək bir neçə çalışdırıcı ilə görüş keçirib. Məsələyə mayda nöqtə qoyulacaq.

Bildirilib ki, gələn ayın ikinci yarısında rəhbərliyin toplantısı keçiriləcək və baş məşqçin kimliyinə aydınlıq gətiriləcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti