Premyer Liqaya çox az qaldı, çox az…

22 Aprel 23:00 I Divizion 187
Premyer Liqaya çox az qaldı, çox az…

I Liqada 23-cü tur start götürüb.

Sportinfo.az xəbər verir ki, ilk gündə 3 matç keçirilib.

Lider "Şəfa" MOİK-lə, "Cəbrayıl" "Mingəçevir"lə, "Zaqatala"isə "Şahdağ Qusar"la qarşılaşıb.

"Şəfa" ordu komandasının qapısından 3 cavabsız top keçirərək, Premyer Liqaya birbaşa vəsiqə qazanmaq şansını daha da yaxşılaşdırıb.

İkinci sırada yer alan "Mingəçevir" isə gözlənilmədən "Cəbrayıl"ə uduzub.

Debütant "Şahhağ"a gəlincə, qusarlılar Zaqataladan 3 xalla dönüb.

"Şəfa” – MOİK 3:0

Qollar: U.İsmayılov, 55, T.Quliyev, 58, N.Əliyev, 74
Binə qəsəbə stadionu

“Cəbrayıl” – “Mingəçevir” 2:1

Qollar: S.Hüseynli, 21, D.Açimi, 45 // K.Kalunqa, 55
Şamaxı OİK stadionu

“Zaqatala” – “Şahdağ Qusar” 0:1

Qollar: S.Ağalarov, 69
Zaqatala OİK stadionu

23 aprel (cümə axşamı)

16:00. “Şimal” – “Bakı Sportinq”

16:00. “Difai” – “Səbail”

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi