Bu gün Premyer Liqaya vəsiqə qazanacaqlar? - Üç stadiondan CANLI YAYIM

16:00 I Divizion 200
Bu gün Premyer Liqaya vəsiqə qazanacaqlar? - Üç stadiondan CANLI YAYIM

Bu gün I Liqada 23-cü tur başlayacaq.

Sportinfo.az xəbər verir ki, ilk gündə 3 matç keçiriləcək. Lider "Şəfa" Binədə MOİK-lə qarşılaşacaq.

Elgiz Kərəmlinin çalışdırdığı komanda ordu təmsilçisini məğlubiyyətə uğradarsa, Premyer Liqanın biraddımlığına yetişəcək.

Bunun üçün ən yaxın izləyicisi "Mingəçevir"in də Şamaxıda "Cəbrayıl"ı udmaması lazımdır.

Günün digər oyununda isə "Zaqatala" doğma rayonda "Şahdağ Qusar"ı qəbul edəcək.

“Şəfa” – MOİK
Hakimlər: İslam Məmmədov, Asif Abdullayev, Safalı Ağayev, Niyaz Əhmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Binə qəsəbə stadionu

“Zaqatala” – “Şahdağ Qusar”
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Anar Bədəlov, Rasim Musayev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Zaqatala OİK stadionu

“Cəbrayıl” – “Mingəçevir”
Hakimlər: Kamran Əliyev, Rəşad Quliyev, Elman Kərimov, Murad Səlimov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Şamaxı OİK stadionu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti