Sportinfo.az xəbər verir ki, “Mingəçevir”in zambiyalı hücumçusu Kennet Kalunqa prosport.az-ın suallarını cavablandırıb.
– Bu liqada asan qarşılaşma yoxdur. Amma mübarizə apardıq və qələbə qazandıq.
– Bombardirlər siyahısında 10 qolla ikinci yerə yüksəldiniz. Bu barədə nə deyə bilərsiniz?
– Qol vurmaq komanda üçün vacibdir. Bombardirlər siyahısında yerimi qoruyub saxlamaq üçün əlimdən gələni edəcəyəm.
– Adınız qışda “Qəbələ” və “Kəpəz” ilə hallanırdı. Bu barədə bilirdiniz?
– Xeyr, bu barədə heç nə eşitməmişəm. Sadəcə, öz komandama fokuslanmışam.
– Bu mövsüm “Mingəçevir”də əsas hədəfləriniz nələrdir?
– Əsas hədəf Premyer Liqaya yüksəlməkdir. Bunun üçün hər gün mübarizə aparırıq. Addım-addım məqsədimizə doğru irəliləyirik. Sonda nə olacağını birlikdə görəcəyik.

