Çempionatda qalmaq problemini həll etdilər

8 Aprel 20:20 I Divizion 2 053
Çempionatda qalmaq problemini həll etdilər

Bu gün I Liqada 21-ci tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günü 2 matç keçirilib.

"Bakı Sportinq" MOİK-i qəbul edib. "Zaqatala" isə "Cəbrayıl"ın qonağı olub. Hər iki qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Beləcə, “Baku Sportinq” çempionluq iddiasını davam etdiribsə, “Cəbrayıl” liqada qalmaq şansını bir xeyli yüksəldib.

Tura sabah keçiriləcək 3 oyunla yekun vurulacaq.

“Bakı Sportinq” – MOİK -:1

Qollar: P.Alveş, 12-pen; 45-pen; İ.Allahverdiyev, 59 // S.Fərəcov, 90+2
Buzovna qəsəbə stadionu

“Cəbrayıl” – “Zaqatala” 3:2

Qollar: S.Hüseynli, 14, A.Eli, 51, D.Açimi, 87 // R.Həsənov, 50, R.İsmayılov, 68
Şamaxı OİK stadionu

9 aprel (cümə axşamı)

15:00. “Şəfa” – “Səbail”

15:30. “Şimal” – “Mingəçevir”

15:30. “Difai” – “Şahdağ Qusar”

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!