Növbəti mövsüm Premyer Liqada çıxış etməsi gözlənilən «Şəfa»nın himayədarları təəccüblə qarşılanacaq qərar verib.
«Ağ-göylər» I Liqanın çempionu olub birbaşa elitaya vəsiqə qazanarsa, legionerlərin xidmətindən yararlanmayacaq.
Kluba sponsorluq edən şəxs bununla bağlı Birləşmiş Ərəb Əmirliklərindən öz mövqeyini bildirib. Şirkətin başçısı «Şəfa»nın yalnız yerli futbolçularla müqavilə imzalamasını istəyib.
Baxmayaraq ki, funksionerlər onun yanaşmasını etirazla qarşılayıb.
Başda müşavir Əfran İsmayılov olmaqla, idarəçilər bu qənaəti bölüşür ki, komanda əcnəbi oyunçulardan formalaşdırılsa, bu, həm büdcənin «şişməsinə» səbəb olacaq, həm də çempionatda qalmaq şansını azaldacaq.
Fəqət, onların etirazı qarşılıq görməyib. Necə deyərlər, ağa deyir, sür dərəyə, sür dərəyə, başqa söhbət ola bilməz!
«Şəfa» 20 turdan sonra I Liqanın turnir cədvəlinə başçılıq edir. 45 xala malik paytaxt təmsilçisi ikinci pillədəki «Baku Sportinq»i 8 xal qabaqlayır.
SPORTİNFO.AZ

