Premyer Liqanın qapısını aralayan klubun baş məşqçi postuna üçüncü alternativ kimdir?

16:40 I Divizion 199
Premyer Liqanın qapısını aralayan klubun baş məşqçi postuna üçüncü alternativ kimdir?

«Şəfa»nın baş məşqçi postuna artıq üçüncü iddiaçı var.

I Liqanın son turunda «Mingəçevir»ə səfərdə 2:5 hesablı məğlubiyyət klub rəhbərliyini yenidən hərəkətə gətirib.

Elgiz Kərəmlinin perspektivinə böyük şübhəylə yanaşan başbilənlər axtarış xəttini yenidən açıb. Namizədliyi gündəmə gətirilən növbəti mütəxəssis Zaur Həşimovdur.

O, hazırda «Zirə»də çalışır və akademiyaya rəhbərlik edir. Dörd ildən artıqdır «qartallar»ın uşaq futboluna uğurla başçılıq edən Həşimov «Pro» kateqoriyasına sahibdir.

«A» lisenziyasına sahib Kərəmlidən fərqli, Premyer Liqa təcrübəsinə malikdir. Bir zamanlar «Qəbələ»də köməkçi işləyib, daha sonra «Zirə»də baş məşqçi postunu tutub (2020-ci il).

«Şəfa» 20 turdan sonra I Liqada turnir cədvəlinə başçılıq edir. Aktivinə 45 xal yazan paytaxt təmsilçisi ən yaxın izləyicisi olan «Baku Sportinq»i 8 xal qabaqlayır.

Aşağı dəstənin ən imkanlı və ən şəraitli iştirakçısının adı son günlərə kimi iki məşqçi ilə yanaşı hallanıb.

Yanvarda «Araz-Naxçıvan»dan uzaqlaşdırılan Elmar Baxşıyev ailəvi yaxın dostu vasitəsilə öz xidmətini «Şəfa»ya təklif eləyibsə, digər namizəd «Qarabağ»ın akademiyasının koordinatoru Aftandil Hacıyevdir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti