“Qarabağ“ı bu klubun baş məşqçi postuna dəyişəcəkmi?

19:00 I Divizion 674
“Qarabağ“ı bu klubun baş məşqçi postuna dəyişəcəkmi?

I Liqada çempionluğa doğru irəliləyən “Şəfa”da tezliklə baş məşqçi dəyişikliyi gözlənilir.

Komanda Premyer Liqaya vəsiqəni əldən verməsə, Elgiz Kərəmlinin daha təcrübəli həmkarıyla əvəzlənəcəyi yönündə xəbərlər var.

Bir müddətdir bu yöndə axtarışda olan “Şəfa” rəhbərliyinin Aftandil Hacıyevlə anlaşdığı deyilir.

İddiaya görə, adıçəkilən mütəxəssislə böyük ölçüdə razılıq əldə edilib.

Vaxtilə futbolçu kimi “Şəfa”da oynamış Aftandil Hacıyev Premyer Liqada 4 il “Səbail”in baş məşqçisi olub. O, 2023-cü ildən “Qarabağ” futbol akademiyasının koordinatorudur.

Hacıyev Sportinfo.az-a açıqlamasında haqqında yayılan informasiyalarına aydınlıq gətirib:

“Mətbuatda gedən xəbərləri oxumuşam. Bunların heç biri həqiqəti əks etdirmir. Mənim “Şəfa“ rəhbərliyi ilə belə bir söhbətim olmayıb.

Oradan təklif almamışam. Hazırda “Qarabağ“dayam və müqaviləmin bitməsinə bir neçə ay qalıb. H

əmişə demişəm ki, mən baş məşqçi olaraq karyeramı davam etdirə biərəm. Gərək iddiası olan bir klubdan təklif gəlsin ki, mən də onu nəzərdən keçirim.

İndiyədək bir neçə təklif olub, sadəcə, şərtləri uyğun görmədiyim üçün danışıqlarımız alınmayıb“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti