Premyer Liqaya gələcək ilk komanda onlar olacaq? - İki stadiondan CANLI YAYIM

15:20 I Divizion 233
Premyer Liqaya gələcək ilk komanda onlar olacaq? - İki stadiondan CANLI YAYIM

Bu gün I Liqada 20-ci tura yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək.

Turnir cədvəlinin son pilləsində yer alan «Şimal» Şamaxıda «Şahdağ»la şimal derbisinə çıxacaq.

Xaçmaz təmsilçisi qusarlılara qalib gəlsə, 10-cu pillə ilə vidalaşacaq. Lider «Şəfa» isə Mingəçevirdə eyniadlı komandanın qonağı olacaq. P

aytaxt komandası səfərdən qalibiyyətlə ayrılsa, Premyer Liqa qapılarını taybatay açacaq. Çünki ən yaxın izləyicisi «Baku Sportinq» dünən «Səbail»ə 0:1 hesabıyla uduzaraq, çempionluq yarışında ağır yara alıb.

“Şahdağ Qusar” – “Şimal”
Hakimlər: Emin Əliyev, Vüqar Bayramov, Safalı Ağayev, Maqsud Şamıyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Asif Əliyev
Şamaxı OİK stadionu, 15:30

“Mingəçevir” – “Şəfa”
Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Mirnihat Seyidov, Sənan Bayramzadə
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 15:30

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti