“Rahatıq, onları məğlub edəcəyik” – Prinsipial matça intriqa qatan açıqlama

15:00 I Divizion 164
“Rahatıq, onları məğlub edəcəyik” – Prinsipial matça intriqa qatan açıqlama

“Ən yaxın izləyicimiz “Baku Sportinq”dən 8 xal öndəyik. İnşallah, bu il çempion olacağıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şəfa”nın hücumçusu Nahid Əliyev deyib.

I Liqanın dəyişməz lideri olan paytaxt təmsilçisi 20-ci turda vacib oyuna çıxacaq.

“Şəfa” səfərdə çempionluq uğrunda mübarizə aparan əsas rəqiblərindən biri “Mingəçevir”i qəbul edəcək.

Komandalar arasında cari mövsümdə baş tutan öncəki iki oyunun hər biri gərginliyi ilə yadda qalıb. Bu dəfə də eyni ssenarinin yaşanacağına şübhə etməyə dəyməz.

U-21 millimizin şərəfini qoruyan Əliyev ötən mövsüm formasını geyindiyi “Mingəçevir”lə qarşılaşmadan gözləntilərini dilə gətirib:

“Mingəçevir” həqiqətən güclü rəqibdir. Döyüşkən kollektivdir, sona qədər mübarizə aparır. Həm də öz meydanında, doğma azarkeşlərinin qarşısında oynayacaq.

Hər iki komanda üçün çətin olacaq. Komandada ab-hava yaxşıdır. Özümə və futbolçu yoldaşlarıma güvənirəm. Rahatıq.

Əminəm ki, “Mingəçevir”i, daha sonra “Baku Sportinq”i məğlub edəcəyik. Hansısa narahatlıqdan söhbət gedə bilməz”.

Bu gün Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda keçiriləcək qarşılaşma saat 15:30-da start götürəcək.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti