AFFA İntizam Komitəsi "Şahdağ Qusar"ın futbolçusu Aqostinyo Çipesseni 3 oyunluq cəzalandırıb.
Sportinfo.az xəbər verir ki, qərar komitənin bugünkü iclasında verilib.
Anqolalı yarımmüdafiəçi 1-ci liqanın 19-cu turunda “Şəfa” ilə görüşdəki qayda pozuntusuna görə bu cəzanı alıb.
O, matçın 90+3-cü dəqiqəsində rəqibə qarşı təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə almışdı.
Bundan başqa, “Şahdağ Qusar” klubu 900 manat cərimə edilib.

