Premyer Liqaya vəsiqə qazanmaq ərəfəsində olan «Şəfa»da araşdırma başlayıb.
1,5 ildən artıq müddətdə prezident postunu tutmuş Sərdar Salmanzadənin fəaliyyəti hazırda incələnməkdədir.
Onun kluba rəhbərlik etdiyi dövrə aid hesabatlar bircə-bircə təftiş olunur.
Bu göstəriş paytaxt təmsilçisini öz himayəsinə götürmüş holdinq tərəfindən verilib. Dəqiq bilmirik, sadəcə, güman edirik ki, Salmanzadənin gördüyü işlərlə bağlı onlara hansısa mühüm siqnallar daxil olub.
Görünür, qulaqlarına çatan informasiyalar ciddidir ki, bir müddət əvvəl vəzifəsindən getmiş şəxsin hanıssa əməlləri araşdırma zərurəti yaradıb.
Salmandzadə klubun sponsorunun xalası oğludur. Bu cür qohumluq bağı da təhqiqata maneə yaratmayıbsa, deməli, xəmir hələ çox su aparacaq.
Sərdar bəy «Şəfa»dan gedən günlərdə mediaya verdiyi açıqlamalarda klubun gələcəyi və strategiyası ilə bağlı arada fikir ayrılığının yaranmasını səbəb göstərib.
I Liqada lider mövqeyində olan «ağ-göylər»in başbilənləri isə mövzuya girməyib, üstündün sükutla keçib və Kənan Sadıqlını onun yerinə gətiriblər.
SPORTİNFO.AZ

