Premyer Liqanın qapısını döyən klubun yeni prezidenti onunla çalışmaqdan İMTİNA ETDİ!

22:05 I Divizion 514
Premyer Liqanın qapısını döyən klubun yeni prezidenti onunla çalışmaqdan İMTİNA ETDİ!

Bu ilin yanvarında «Araz-Naxçıvan»dan uzaqlaşdırılan Elmar Baxşıyevin «Şəfa»da çalışmaq arzusu gözündə qalıb.

Hazırda I Liqanın lideri olan klubun rəhbərliyi onunla bağlı edilən xahişi yerinə yetirməyib.

Daha öncə xəbər verdiyimiz kimi, o, növbəti mövsümdə Premyer Liqa ailəsinə qoşulmağa ən real namizəd olan komandada işləməyə hazırdır.

Baxşıyevin «emissar»ı bu məqsədlə «Şəfa» rəhbərliyi ilə əlaqə saxlayıb, onun xidmətini təklif edib.

Bildirib ki, adıçəkilən mütəxəssis paytaxt təmsilçisinin sükanı arxasına keçərsə, uğur qazanacağına söz verir.

Lakin bu təklif qarşı tərəfdən müsbət cavablandırılmayıb. «Şəfa»nın yeni prezidenti Kənan Sadıqlı baş məşqçini dəyişməyi planlaşdırmadıqlarını söyləyib.

Yaxınlarda klubun başına keçən K.Sadıqlı bildirib ki, komanda Premyer Liqaya vəsiqə qazanarsa, Elgiz Kərəmli ilə yola davam edəcəklər. Çünki gənc çalışdırıcının müqaviləsində belə bir bənd var.

Elmar bəy üçün elçilik edən şəxsin kimliyi bizə məlumdur. Müəyyən səbəblərdən adını burada hallandırmırıq.

Üstüörtülü şəkildə bildirək ki. o, ölkənin futbol həyatında önəmli rol oynayan zatdır və Baxşıyevlər ailəsi ilə yaxın dostdur.

Hazırda I Liqada mübarizə aparan «Şəfa» 45 xalla turnir cədvəlinə başçılıq edir.

İkinci sıradakı «Baku Sportinq»i 7 xal qabaqlayan komandanı 2025-ci ildən bəri Elgiz Kərəmli çalışdırır. «Ağlar» onun başçılığı altında məğlubiyyətsiz mövsüm keçirir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti