“Baş məşqçi ilə müəyyən problemlərim olduğuna görə oynamırdım“

26 Mart 23:45 I Divizion 148
“Baş məşqçi ilə müəyyən problemlərim olduğuna görə oynamırdım“

“Nə yalan deyim, bu gün ideal formada deyiləm“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Mingəçevir“in qış tranfseri Amil Yunanov deyib.

Fevralda “Şəfa“nı “işıqçılar“a dəyişən hücumçu atdığı addımın səbəbini söyləyib:

“Mingəçevir”ə gəlməmişdən əvvəl baş məşqçi Elgiz Kərəmli ilə müəyyən problemlərim olduğuna görə “Şəfa”da demək olar oynamırdım.

Yayı da nəzərə alsaq, 6 ay futbolsuz qalmışdım. “Mingəçevir”ə 4-5 kiloqram artıq çəki ilə gəlmişdim. K

omandaya qoşulandan sonra gərgin məşqlərin nəticəsində artıq çəkini atmışam. İnşallah, zamanla düzələcək. Bura oynamağa gəlmişəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Mart 02:30 O da danışacaq
26 Mart 02:10 Milliyə aid MƏLUMAT