Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Cavid Hüseynov təsisçisi olduğu «Cəbrayıl»ı I Liqada saxlamaq üçün əlavə xərcə düşüb.
O. bir neçə aydır qeyri-rəsmi şəkildə çalışdırdığı komandaya öz cibindən vəsait ayırıb.
Qarabağ təmsilçisinin futbolçuları qazanacağı hər qələbəyə görə ondan 70 manat mükafat alacaq.
Hüseynov artıq verdiyi sözü tutub, ilk ödəməni «Zaqatala»nı 1:0 udduqları oyundan sonra edib.
«Cəbrayıl» hazırda turnir cədvəlinin təhlükəli zonasında qərarlaşıb. 19 tura 17 xal toplayan kollektiv 8-ci pillədə yer alıb.
SPORTİNFO.AZ

