Tanınmış şirkət sahibi bu klubu himayəsinə götürdü - SON DƏQİQƏ

12:20 I Divizion 401
Tanınmış şirkət sahibi bu klubu himayəsinə götürdü - SON DƏQİQƏ

I Liqada ikinci mövsümünü keçirən «Cəbrayıl»ın üzünə gün doğub.

Artıq klubun yeni himayədarı var.

«Avrora» şirkətlər qrupunun sahibi Ceyhun Abbasov aşağı liqa təmsilçisinə sponsorluq etməyə başlayıb. Naxçıvanlı tanınmış iş adamı dağılmaq təhlükəsiylə üzləşmiş komandanı beləcə xilas edib.

Ondan öncə Şahin Məmmədov 4 ildir sponsoru və prezidenti olduğu klubla vidalaşıb. O, kollektivlə görüş keçirib, artıq bura maliyyə ayırmağa gücünün çatmadığını bildirib.

Ötən illər ərzində «Cəbrayıl»a əlindən gəldiyi qədər maddi dəstək verdiyini xatırladan biznesmen heç kimin onların köməyinə yetişmədiyini söyləyib.

Qeyd edib ki, indiyədək bir neçə cəbrayıllı imkanlı şəxsə üz tutsa da, onlar kluba pul ayırmağa maraq göstərməyib.

Deyib ki, hazırkı vəziyyətdə belə addım atmaq məcburiyyətində qalıb, bununla belə, komandanın çempionatda yerini qoruyacağına inanır.

Ş.Məmmədov yarandığı gündən «Cəbrayıl»ın yanında olub.

Klubun təsisçilərindən Cavid Hüseynovla yaxın münasibətlərinə görə futbol sektoruna qədəm basan iş adamı Region Liqasından bəri bu yolu onunla yanaşı addımlayıb.

«Cəbrayıl» mövsümün 18 turu ərzində 17 xal toplayıb. Qarabağ bölgəsinin təmsilçisi bu nəticəylə turnir cədvəlinin 8-ci pilləsində yerləşib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti