Bu komanda Premyer Liqanın “qapısını döydü”

01:20 I Divizion 98
Bu komanda Premyer Liqanın “qapısını döydü”

I Liqada 19-cu tur start götürüb.

Sportinfo.az xəbər verir ki, ilk matç gününə nəzərdə tutulan 3 qarşılaşma artıq başa çatıb.

Günün ilk oyununda "Bakı Sportinq" "Mingəçevir"lə qarşılaşıb. Komandalar hərəyə 1 qol vurmaqla fərqləniblər.

"Şəfa" evdə "Şahdağ Qusar"a minimal hesabla qalib gəlib.

Günün son matçında isə "Səbail" və MOİK üz-üzə gəlib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

“Bakı Sportinq” – “Mingəçevir” 1:1

Qollar: İlham Allahverdiyev, 8 // Kennet Kalunqa, 34
Hakimlər: Cavid Cəlilov, Eyyub İbrahimov, Ruslan Babayev, Sənan Bayramzadə
Buzovna qəsəbə stadionu

“Şəfa” – “Şahdağ Qusar” 1:0

Qol: Emin Zamanov, 45
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Orxan İbişov, Kamran Əliyev
Binə qəsəbə stadionu

“Səbail” – MOİK 2:2

Qollar: R.Voronsov, 64, Q.Səfərov, 86 // S.Fərəcov, 19, M.Məmmədzadə, 69
Hakimlər: Elvin Bayramov, Vüqar Bayramov, Sənan Atayev, Alik Yunusov
“Bayıl Arena”

19 mart (cümə axşamı)

15:00. “Şimal” – “Zaqatala”

15:00. “Difai” – “Cəbrayıl”

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti