I Liqada 18-ci tur davam edir.
Sportinfo.az xəbər verir ki, 2-ci oyun günündə 3 matç keçirilib.
"Şahdağ Qusar" doğma meydanda MOİK-lə heç-heçəyə razılaşıb. "Difai" evdə "Bakı Sportinq"ə 1:3 hesabı ilə uduzub.
Günün son matçında isə "Mingəçevir" və "Səbail" üz-üzə gəlib. Qarşılaşma qonaqların minimal hesablı üstünlüyü ilə yekunlaşıb.
Şahdağ Qusar” – MOİK -:1
Qollar: E.Veysov, 40 // S.Fərəcov, 90+4-pen.
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev
Şamaxı OİK stadionu
“Difai” – “Baku Sportinq” 1:3
Qollar: Kristian Kamta, 43-pen. // Xəyyam Məmmədli, 15, Elşad Tağıyev, 50, Pablo Enrike Alveş, 62-pen.
Hakimlər: Nicat İsmayıllı, Orxan İbişov, Sənan Atayev, Niyaz Əhmədov
Ağsu şəhər stadionu
“Mingəçevir” – “Səbail” 0:1
Qol: Qurban Səfərov, 45
Hakimlər: Əli Əliyev, Vüqar Bayramov, Ruslan Babayev, Şamil İmanzadə
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)
13 mart (cümə)
15:00. “Cəbrayıl” – “Zaqatala”
11 mart
"Şimal" - "Şəfa" - 0:2


