Biri təxirə salındı, 6 aylıq sınaq müddəti təyin edildi

12 Mart 02:50 I Divizion 687
Biri təxirə salındı, 6 aylıq sınaq müddəti təyin edildi

I Liqada mübarizə aparan"Mingəçevir"in baş məşqçi Ramiz Məmmədovla bağlı verdiyi apellyasiya şikayəti təmin olunub.

Sportinfo.az xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı bu barədə qərar qəbul edib.

Mütəxəssisin dörd oyunluq cəzasının biri İntizam Məcəlləsinin 19-cu maddəsinə uyğun olaraq təxirə salınıb. R.Məmmədova 6 aylıq sınaq müddəti təyin edilib.

Ramiz Məmmədov XV turda "Şəfa"ya qarşı keçirdikləri matçın 45-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün 4 oyunluq diskvalifikasiya edilib, klub 3000 manat cərimələnib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!