Türkiyəli məşqçi Azərbaycan klubuna niyə gəlib? - FOTO

10 Mart 09:40 I Divizion 1 043
Türkiyəli məşqçi Azərbaycan klubuna niyə gəlib? - FOTO

Türkiyədən Azərbaycana yeni məşqçi gəlib.

Əbubəkir Yoğurtcu bir müddət ölkəmizdə praktika keçəcək.

O, təcrübə toplamaq üçün "Mingəçevir"i seçib. Öz istəyi ilə yolunu buradan salan 33 yaşlı Yoğurtçu iyun ayınadək I Liqa klubunun düşərgəsində yer alacaq.

Bu müddətdə həm Ramiz Məmmədovun məşq metodikasını mənimsəyəcək, həm də analitik kimi fəaliyyət göstərəcək.

Hazırda "Mingəçevir"də məşqçilərin sayı 6-dır. Məqsəd Yaqubəliyev, Mehman Baxışov və Elnar Kərimov da Ramiz Məmmədovun korpusuna daxildir.

«İşıqçılar» çempionatın 17 turluq bölümündə 32 xal toplayıb. Premyer Liqanı hədəfləyən komanda turnir cədvəlinin üçüncü pilləsinjə qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!