Bu gün I Liqada 17-cı tura yekun vurulacaq.
Sportinfo.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək.
Liderılər qrupundan uzaqlaşmaq təhlükəsi ilə üzləşən “Səbail” Şamaxıda “Cəbrayıl”ın qonağı olacaq.
Məqsədi çempionatda qalmaq olan “Difai” isə Binədə MOİK-in önünə çıxacaq.
“Cəbrayıl” – “Səbail”
Hakimlər: Şamil İmanzadə, Gülnurə Əkbərzadə, Mirnihad Seyidov, Namiq Bəkirov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Mahal Məmmədov
Şamaxı OİK stadionu
MOİK – “Difai”
Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, İlkin Mustafazadə, Ceyhun Hüseynov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Binə qəsəbə stadionu

