"Şəfa" uddu, “Mingəçevir” istəyinə çatdı, “Zaqatala” məğlubiyyətlə üzləşdi

5 Mart 23:20 I Divizion 128
"Şəfa" uddu, “Mingəçevir” istəyinə çatdı, “Zaqatala” məğlubiyyətlə üzləşdi

Bu gün I Liqada 17-ci tur başlayıb.

Sportinfo.az xəbər verir ki, ilk gündə 3 matç keçirilib.

Lider "Şəfa" "Şahdağ Qusar"ı qəbul edib və 2:1 hesablı qələbə qazanıb. 2-ci yerdəki "Bakı Sportinq" "Mingəçevir"lə qarşılaşıb və rəqibinə uduzub - 0:1.

"Zaqatala" isə "Şimal"la üz-üzə gəlib. 7 qolun vurulduğu oyunda qonaqlar qələbə qazanıb.

“Bakı Sportinq” – “Mingəçevir” 0:1

Qol: Q.Əlizadə, 90+2
Buzovna qəsəbə stadionu

"Şəfa” – “Şahdağ Qusar” 2:1

Qollar: T.Quliyev, 57, N.Əliyev, 65 – A.Kulibali, 90+2
Binə qəsəbə stadionu

“Zaqatala” – “Şimal” 3:4

Qollar: A.Babazadə, 27, R.Şabanov, 45, S.Abdullayev, 48 – C.Şahbazlı, 7, A.Qla, 33, N.Osmanov, 58, 89
Zaqatala OİK stadionu

6 mart (cümə)

15:00. “Cəbrayıl” – “Səbail”

15:00. MOİK – “Difai”

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti