Fil Dişi Sahilindən olan hücumçu yenidən Azərbaycanda

5 Mart 16:20 I Divizion 917
Fil Dişi Sahilindən olan hücumçu yenidən Azərbaycanda

I Liqada çıxış edən “Şimal” klubu heyətini yeni legionerlə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Xaçmaz təmsilçisi 21 yaşlı hücumçu Qla Anj Donaldı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fil Dişi Sahilindən olan futbolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Donald karyerası ərzində Moldovanın “Saksan” və Azərbaycanda “Mingəçevir” komandalarında çıxış edib.

“Şimal” I Liqada 8 xalla onuncudur.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!