Azərbaycanda iddialı klubun prezidenti vəzifəsindən ayrıldı

5 Mart 00:30 I Divizion 1 383
Azərbaycanda iddialı klubun prezidenti vəzifəsindən ayrıldı

“Şəfa”nın rəhbərliyində gözlənilməz istefa baş verib.

Sportinfo.az xəbər verir ki, klubun prezidenti Sərdar Salmanzadə vəzifəsindən gedib.

O, rəhbərlikdən ayrılması ilə bağlı məlumatı “qafqazinfo”ya təsdiqləyib:

“Səbəb odur ki strategiya və fikir ayrılığı mövcuddur. “Şəfa” futbol klubuna uğurlar arzu edirəm, orada mənə əziz insanlar çalışır.

Özüm isə fəaliyyətimi, Allahın köməyi ilə, daha miqyaslı layihələr ilə davam edəcəyəm”.

“Şəfa” 36 xalla hazırda I Liqada turnir cədvəlinə liderlik edir.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!