«Səbail»in sabiq baş məşqçisi Aftandil Hacıyev3 illik aradan sonra karyerasını bərpa etmək şansı yaxalayıb.
O, «Şəfa»nın sükanı arxasına keçməyə ən real namizəddir. Hazırda I Liqada mübarizə aparan, 16 turdan sonra 36 xalla turnir cədvləinə başçılıq edən klub Premyer Liqaya vəsiqə qazanarsa, 4
4 yaşlı mütəxəssisə güvənmək istəyir. Hər halda «Şəfa»nın rəhbərliyində yer alan əsas şəxslərin Hacıyevə münasibəti çox yaxşıdır.
İnanırlar ki, komandanı Elgiz Kərəmlidən təhvil almağa razılıq verərsə, hər şey tam başqa cür olacaq.
Çünki paytaxt təmsilçisinin məqsədi elitada iddialı heyət qurmaq və ilk mövsümdən etibarən avrokuboklara vəsiqə uğrunda mübarizə aparmaqdır.
Hacıyevin belə bir təcrübəsi var artıq. «Səbail»i 2019-cu ildə Premyer Liqanın bürünc medalçısı etməyi bacarmış baş məşqçi burada 5 ilə yaxın müddətdə fəaliyyət göstərib.
Sözügedən mütəxəssis hazırda «Qarabağ»ın futbol akademiyasının baş koordinatoru vəzifəsini tutur.
Üç ildir Ağdam təmsilçisinin uşaq futbol sferasına başçılıq eləyən Hacıyevə «Şəfa» maraqlı gəlməlidir. Hər halda hədəfi olan klubda işləmək təklifini geri çevirməz.
İndiyədək ona bir neçə dəvət gəlib. Sadəcə, öz «qab»ında qovrulan, məqsədi böyük olmayan komandalarda çalışmaqla vaxtını boş yerə xərcləmək istəməyib və «Qarabağ»da qalıb.
SPORTİNFO.AZ


