«Səbail» rəhbərliyi Adil Şükürovun işindən narazıdır.
Baş məşqçiyə bununla bağlı ciddi irad bildirilib.
Mövsümün əvvəlində Elvin Məmmədovun yerinə gətirilmiş mütəxəssisə müvafiq xəbərdarlıq olunub. Əgər komanda qarşıdakı 3 turda vəziyyəti öz xeyrinə dəyişməsə, onunla yolların ayrılması qaçılmaz olacaq.
Hələlik isə Şükürovu belə bir təhlükə gözləmir. Çünki o, ən qısa zamanda uğurlu seriya yaxalayacaqlarına və yenidən çempionluq uğrunda mübarizənin mərkəzində yer alacaqlarına inanır.
Onun iddiasına görə, əsas mübarizə qabaqdadır və 3 ay ərzində çox şey dəyişə/düzələ bilər.
«Dənizçilər» I Liqanın 16 itiuriu ərzində 27 xal toplayıb. Komanda bu nəticə ilə turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.
Klub funksionerləri hesab edir ki, mövcud heyətlə birbaşa Premyer Liqaya vəsiqə qazanmaq mümkündür. Sadəcə, baş məşqçi ilə futbolçular arasında münasibətlər gərgindir.
Təsadüfi deyil ki, MOİK-ə 0:1 hesabıyla uduzduqları matçdan sonra kapitan Yusif İmanovla çalışdırıcı arasında konflikt yaşanıb.
İkinci hissədə əvəzlənməsinə razı olmayan və sonadək meydanda qalan müdafiəçi paltardəyişmə otağında Şükürovla əlbəyaxa olub.
SPORTİNFO.AZ

