«Mingəçevir»də ara yenidən qarışıb.
Bu barədə «işıqçılar»ın düşərgəsindən redaksiyamıza məlumat verilib.
Saytımızla əlaqə saxlayan klubun bəzi əməkdaşları maaşlarının aylardır ödənilmədiyini, yeni sponsorun gəlişindən sonra da vəziyyətin tam düzəlmədiyini bildiriblər.
Onların dediyinə görə, direktor vəzifəsini tutan Vüqar Hüseynzadə hər gün bir bəhanə gətirir, ödəmələri etmir. Buna qəzəblənən digər funksioner Zaur Qarayev onunla dalaşmaq həddinə çatıb.
Hüseynzadəni yaxasından tutaraq geri itələyən Qarayevi özünü güclə saxlayıb: həmkarını döymək istəsəydi, heç kim əlindən ala bilməyəcəkdi.
I Liqada mübarizə aparan «işıqçılar» 2025-ci ilin yanvarında Adnan Əhmədzadənin himayəsi altına keçib. Maliyyələşdirmə ona bağlı ASTA tərəfindən aparılıb.
Ta ki, ötən ilin sentyabrına qədər. İş adamı həbs olunduqdan sonra maddi təminat öləziyib və yalnız bu ilin yanvarında başqa bir biznesmen «Mingəçevir»in dadına yetişib.
O da ki belə - qış fasiləsində 10 transfer çalışması həyata keçirilsə də, klub nə buradan gedənlərin, nə də burada qalanların borcunu qaytarır.
SPORTİNFO.AZ

