Nazirlik icarəhaqqını verə bilməyən kluba GÜZƏŞTƏ GETDİ

21 Noyabr 2025 09:40 I Divizion 1 656
Nazirlik icarəhaqqını verə bilməyən kluba GÜZƏŞTƏ GETDİ

Gənclər və İdman Nazirliyi (GİN) «Zaqatala»ya güzəşt tətbiq edib.

GİN balansında olan Zaqatala Olimpiya Kompleksinin stadionundan yararlanan yerli klubun maliyyə yükünü azaldıb.

Belə ki, «yaşıllar» arenadan istifadəyə görə nazirliyə daha illik 50 min manat ödəməli olmayacaq.

I Liqada mübarizə aparan komandanın maddi çətinliklərlə üzləşməsini nəzərə alan dövləti qurumu bu məbləği üç dəfə aşağı salıb.

11 ildir fəaliyyət göstərən «Zaqatala» I Liqanın ən stajlı iştirakçılarından biridir. Maliyyə problemləri üzündən klub son bir neçə ildə stadionun icarə haqqını ödəyə bilməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!