“Cəbrayıl”dan 7:0, “Mingəçevir”dən 3:0, “Zaqatala”dan 1:0

20:20 I Divizion 135
“Cəbrayıl”dan 7:0, “Mingəçevir”dən 3:0, “Zaqatala”dan 1:0

Bu gün I Liqada 8-ci tur start götürüb.

Sportinfo.az xəbər verir ki, ilk oyun gününə 3 matç nəzərdə tutulub.

"Zaqatala" "Şahdağ Qusar"ı minimal hesabla məğlub edib. "Mingəçevir" MOİK-ə 3 cavabsız qolla qalib gəlib.

"Cəbrayıl" isə "Şimal"ın qapısını 7 qolla silkələyərək meydandan üstün ayrılıb.

“Zaqatala” – “Şahdağ Qusar” -:0

QOL: Cavad Kərimov, 69

Hakimlər: Rövşən Rəcəbov, Qəzənfər Məmmədov, Elman Kərimov, Ruslan Quliyev

Zaqatala OİK stadionu

MOİK – “Mingəçevir” 0:3

QOL: Məhəmməd Səfərov, 39;46, Kennet Kalunqa, 70

Hakimlər: Mahmud Bağırzadə, Aydın Bəxşiyev, Zakir Şükürzadə, Murad Səlimov

Binə qəsəbə stadionu

"Cəbrayıl” – “Şimal” 7:0

QOL: Noh Lobe, 8 (p.); 31, Balamirzə Soltanov, 45+1, Arsene Dauda, 55, Sadiq Hüseynli, 65, Andzuno Eli, 74, Hüseyn Həsənov, 80

Hakimlər: Alik Yunusov, Elmin Süleymanov, Vüqar Bayramov, Şamil İmanzadə

Şamaxı OİK stadionu

21 noyabr (cümə)

14:30. “Bakı Sportinq” – “Səbail”

22 noyabr (şənbə)

14:45. “Şəfa” – “Difai”

Digər Xəbərlər
Xəbər Lenti