Dəyişikliyə getdilər, “Qarabağ” modelinə üz tutdular

20 Noyabr 2025 09:40 I Divizion 1 932
Dəyişikliyə getdilər, “Qarabağ” modelinə üz tutdular

«Şəfa» fəaliyyətində dəyişiklik edib.

I Liqada debüt mövsümünü keçirən paytaxt təmsilçisi «Qarabağ» modelinə üz tutub.

Bu məqsədlə iki klubun rəsmiləri və məşqçiləri arasında görüş keçirilib. Hazırda çempionatda turnir cədvəlinə başçılıq eləyən

«Şəfa» istər idarəçilik, istərsə də gündəlik iş proqramı baxımından «köhlən atlar»ın təcrübəsindən yararlanmağı lazım bilib.

Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov bu yöndə onlara çox qiymətli məsləhətlər verib.

Üç il öncə fəaliyyətini bərpa eləmiş «şəhərlilər»in niyyəti I Liqanı birinci yerdə bitirmək və birbaşa Premyer Liqaya vəsiqə qazanmaqdır.

Yeddi turdan sonra onların aktivində 19 xal var. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan «Səbail»i 2 xal qabaqlayırlar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!