«Mingəçevir»in tezliklə fəaliyyətini dayandıracağına dair xəbərlər yayılıb.
İstər bəzi media orqanlarında, istərsə də müxtəlif sostal şəbəkə platformalarında bu iddialara rast gəlməkdəyik.
Həmin məlumatlara görə, iş adamı Adnan Əhmədzadənin həbsindən sonra klubda yaranan problemlər dözülməz həddə çatıb.
Üç aya yaxındır maliyyə problemi ilə üzləşən «işıqçılar»ın qış fasiləsinə kimi I Liqanı tərk edəcəyi deyilir.
Çünki «işıqlar şəhəri»nin təmsilçisi ötən müddətdə məşqçi və futbolçularına külli miqdarda borcu yaranıb və onların ödənilməsi mümkün görünmür.
Biz bu informasiyanı bir qədər araşdırdıq.
Saytımıza məlum oldu ki, Rafael Bünyatov hələ də klubun başındadır. Adnan Əhmədzadənin yaxın çevrəsinə aid olan şəxs hazırda daxili imkanları hesabına komandaya maddi dəstək verir.
«Mingəçevir»in dağılmasından isə indi heç bir söhbət gedə bilməz. Ən azından, mövsümü başa vuracaqlar.
SPORTİNFO.AZ

