Pul tapmayan yeni komandadan PİS XƏBƏR VAR!

15 Noyabr 17:00 I Divizion 1 490
Pul tapmayan yeni komandadan PİS XƏBƏR VAR!

I Liqada debüt mövsümünü keçirən «Şimal»ın maliyyə durumu pisləşib.

Bu barədə redaksiyamıza komandanın üzvləri məlumat verib.

Futbolçuların bildirdiyinə görə, maddi təminatında yaranan çətinliklər dözülməz həddə çatıb.

Belə ki, kollektiv heç bir əlavə dəstək olmadan çempionatda çıxışını davam etdirmək məcburiyyətində qalıb.

Xaçmaz təmsilçisi yerli şirkətlər və iş adamlarının qapısını döysə də, onlara kbmək edən tapılmayıb.

Bu üzlən komanda gündəlik məşq etməyə imkan tapmır. Oyunçuların dediyinə görə, həftə ərzində 2-3 dəfə hazırlıq keçməklə kifayətlənməli olurlar.

«Şimal» I Liqada yeddi turu axada qoyub. Şimal mənsubu 2 xalla turnir cədvəlinin 10-cu - sonuncu pilləsində «lövbər salıb».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 Dekabr 18:10 Çək və bizə göndər!
5 Dekabr 08:40 Onlardan da PUL ÇIXDI