Azərbaycanda tanınmış baş məşqçiyə bu cəza verildi

02:40 I Divizion 59
Azərbaycanda tanınmış baş məşqçiyə bu cəza verildi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda 1-ci Liqanın 7-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Mingəçevir” – “Şəfa” oyununun 63-cü dəqiqəsində “Mingəçevir” komandasının baş məşqçisi Ramiz Məmmədov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Mingəçevir” komandası 1500 manat cərimə edilib.

“Mingəçevir” – “Şəfa” oyununda “Mingəçevir” komandasının azarkeşləri tərəfindən hakimlər təhqir edildiyinə görə “Mingəçevir” komandası 1500 manat cərimə edilib.

“Mingəçevir” – “Şəfa” oyununda “Şəfa” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Şəfa” komandası 210 manat cərimə edilib.

“Şahdağ Qusar” – “Şimal” oyununun 90+3-cü dəqiqəsində “Şimal” komandasının 14 nömrəli futbolçusu Sabir Əlişan qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, “Şimal” komandası 2400 manat cərimə edilib.

“Difai” – “Zaqatala” oyununda “Zaqatala” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Zaqatala” komandası 210 manat cərimə edilib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 03:30 Millimiz finala yüksəldi