“Rəhbərlik yoxa çıxıb, biz komandada yalnız ona görə qalmışıq”

18:00 I Divizion 606
“Rəhbərlik yoxa çıxıb, biz komandada yalnız ona görə qalmışıq”

Adnan Əhmədzadənin həbsindən sonra «Mingəçevir» çox ağır durumla üzləşib.

Bu barədə saytımıza komandadan məlumat verilib.

Redaksiyamızla əlaqə saxlayan bir neçə oyunçu maliyyə vəziyyətinin pisləşdiyini, klub rəhbərliyinin yoxa çıxdığını bildirib:

«Əvvəl burada futbolçudan çox, rəhbər şəxs var idi. Neçə vaxtdır heç birini görmürük.

Onlar indi hardadır, bilmirik. «Mingəçevir» bu gün Birinci Liqada çıxışını davam etdirirsə, Ramiz Məmmədova görədir.

Biz ona həm baş məşqçi, həm də insan kimi hörmət edirik. Əgər bu gün komandada Ramiz müəllim yox, başqa bir məşqçi olsaydı, uşaqların əksəriyyəti çıxış getmişdi.

Ona hörmətimiz var deyə, qalmışıq. Ramiz müəllim futbolçulara öz cibinin pulunu xərcləyir. Amma bu, nə qədər belə davam edəcək ki..?

Baş məşqçinin özü və köməkçiləri nə vaxtdır maaş almır. AFFA-dan gələn pulu futbolçulara və işçilərə paylayırlar.

O da hamıya çatmır. Komandada beş-altı nəfər var ki, hələ maaş almayıb. Çox istərdik ki, rəhbərlikdən bir nəfər gəlib bizimlə görüşsün.

Qoy desinlər ki, problem nə vaxt həll olunacaq, biz də işimizi bilək».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti